Hər atışmada quşlar yadıma düşür. Görəsən insanlara atılan mərmilər göydə quşlara dəyirmi? Əgər dəyirsə… Torpaq uğrunda gedən döyüşdə niyə göy sakinləri ölməlidir? Harada ölü quş görsəm, əyilib güllə yarası varmı deyə yaxından baxardım. Ölü quşlar da torpağa arxası üstə düşər axı, üzləri hey göyə baxar. Elə bilirdim ölmüş bir quşla göz-gözə gəlmək qədər kədərli heç nə yoxdur dünyada.
YORĞUN YAĞIŞ

Dünən axşam onun kəndə gəldiyindən kimsənin xəbəri olmamışdı. Heç kimdən yolu-yolağanı soruşmamışdı. Hər halda bir kəndin bələdiyyə sədrinin kəndin ən yaxşı yerində tikilən iki mərtəbəli, seyvanlı-aynabəndli evini tapmaq o qədər də çətin iş deyil, amma kimsəsiz Mürsəl kişinin o boyda kəndin ən sonuncu evindən sonra olan daxmasını heç kimdən soruşmadan, əli ilə qoyubmuş kimi gəlib tapmışdı. Bu işlərdə ölüm çox vəfalıdı. Harda olsan gəlib tapar.
KİVİ

Uşaq ayağa qalxanda son bir dəfə çönüb kiviyə baxdı. Bu baxış həyası nəfsinə qalib gəlmiş yetişkin bir insanın baxışı idi.
2018-ci ilə çiynimizdə nə aparırırıq?

Cəmi bir sutkadan sonra yeni 2018-ci il başlayacaq. Hamı bir-birinə 2018-ci ildə uğurlar, bolluq-bərəkət və əminamanlıq arzulayır. Əlbətdə ki, hər cür yaxşı istək və arzuya mən də qoşuluram, hüzur və xoşbəxtlik dolu günlər keçirməyimizi ürəkdən istəyirəm. Amma bununla yanaşı artıq keçmiş sayıla biləcək 2017-ci ili necə yaşadığımıza və nələri etdiyimizə dair bir mühasibə etməyi təklif edirəm.
AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN TARİXİ (Tofiq Hacıyev)

Tofiq_Haciyev_Azerbaycan_edebi_dilinin_tarixi_1-ci_hissə Tofiq_Haciyev_Azerbaycan_edebi_dilinin_tarixi_2-ci_hissə
QAFİYƏLİ FİKİRLƏRİM

“Qafiyəli Fikirlərim” başlığı altında olan yazıda düzüb-qoşduğum misralarla tanış olacaqsınız. Bu misralara şer deməyə cəsarət etmədiyim üçün belə başlıq seçmişəm. Əvvəlcədən bütün oxuculardan, xüsusən də şer əhlindən üzr istəyirəm.
SİÇANLAR VƏ ADAMLAR. Con Steynbek (audiokitab)

Con Steynbekin SİÇANLAR VƏ ADAMLAR əsərinin audioyazısı. Buyurun dinləyin!
BALACA ŞAHZADƏ. Antuan de Sent Ekzüperi (audiokitab)

Antuan de Sent Ekzüperinin BALACA ŞAHZADƏ əsərinin audioyazısı. Buyurun dinləyin!
Əli Və Nino (audiokitab)

Qurban Səidin “Əli və Nino” əsərinin audioyazısını aktyor Rasim Balayev oxuyur. Buyurun dinləyin!