Şəkillər

MiniaTürk

Çox istərdim ki, doğma Azərbaycanımızın da bir işarəsi o parkda olaydı. Çox gözüm gəzdi amma bir abidə qarşıma çıxmadı. Heç olmasa Xudafərin körpüsü, ya Qız qalası orda ola bilərdi.

Yazılar

BÖHRAN YALNIZ İQTİSADİ OLMUR…

Biz hələ də maddiyata görə narahat oluruqsa və yuxarıda dediklərimin heç biri bizi qarnımızdan çox narahat etmirsə, onda biz elə ac qalmalı millətik. Yox əgər bizim üçün maddiyatdan daha vacib dəyərlər varsa, onda Uca Allah bizi darda qoymaz. Mən buna inanıram, sizin də inanmağınızı istəyirəm və gələcəyə ümid edirəm. Hər bir millət nəyə layiqdirsə, ona da sahibdir. Bundan artığına sahib olmaq istəyiriksə, bundan daha layiqli olmalıyıq.

Audio

EŞİTDİKLƏRİM, GÖRDÜKLƏRİM, OXUDUQLARIM.

Əziz dostlar, çox sevdiyim bir kitabın audioyazısını sizinlə paylaşıram. Manaf Süleymanovun
“EŞİTDİKLƏRİM, GÖRDÜKLƏRİM, OXUDUQLARIM” kitabı doğma Bakımızın yaxın keçmişindən, daha doğrusu neft bumu illərindən bizə xəbər verən ən gözəl və dəyərli əsərlərdən biridir. Kitabın özü-özlüyündə gözəl olduğu bir yana, onun səslənməsi də bir o qədər ecazkardır.

Yazılar

Cəbrayılın məktəbləri – 1

Mən deyirəm ki, gəlin yığışaq uzun bir körpü düzəldək. Bir ayağı Bakıda, bir ayağı Təbrizdə, bir ayağı Dərbənddə, bir ayağı İrəvanda, bir ayağı Göyçədə, bir ayağı Şuşada, bir ayağı da Cəbrayılda olsun. Amma dəmirdən olmasın paslana bilər, daşdan da olmasın sökülə bilər, taxtadan da olmasın çürüyə bilər. Ən yaxşısı ətdən, sümükdən və qandan olsun ki, bizim kimi hiss edə bilsin, bizim kimi yaşaya bilsin. Qoy o da bizim kimi ağrı çəkə bilsin, bizim bütünümüz olsun, xalqımız olsun, millətimiz olsun, gələcəyimiz olsun. Azərbaycan adlı bir körpümüz olsun bizi dünyanın dərələrindən, çaylaqlarından keçirsin…

Yazılar

Yaddaşımın ən dərinliklərindən.

Bəzi sıradan hadisələri yadda saxlamağı bacarmadığımız kimi, bəzi əlamətdar hadisələri də unuda bilmirik. Amma unutduqlarımız yadda saxladıqlarımızdan dəfələrlə çoxdur. Məsələn mən Cəbrayılda gördüyüm hər şeyi yadda saxlasaydım, sizin işiniz bitmişdi.

Yazılar

Beləcə mən də Cəbrayıllı oldum. Ura!!!

Bəri başdan deyim ki, bu yazıda da, bundan sonrakı Cəbrayıl barədə yazılarımda da çox detalçılığa yol verəcəm. Bunu bilərəkdən edirəm ki, Cəbrayılı mən necə görmüşəm və necə xatırlayıramsa, oxucu da elə təsəvvür etsin. Mən bunun tarix olduğunu və hər yazılan xatirənin gələcəkdə bir tarixi sənəd ola biləcəyini yaxşı anlayıram.

Yazılar

Cəbrayıldan danışacam.

Mənim həyatda bəxdim çox gətirib. Allah məni müsəlman edib, mənə sağlam bədən verib, məni ev-eşik, ailə-uşaq sahibi edib və bir də mən Cəbrayılda doğulmuşam. Bu da Allahın bir nemətidir. Amma Cəbrayıllı olmaq gözəl olduğu qədər də məsuliyyətlidir. “Mən Cəbrayıllıyam” deyən adam ən az iki dəfə fikirləşsin və bilsin ki, Cəbrayılın igid oğlanları bizim boynumuza elə bir məsuliyyət qoyublar ki, onu daşıya bilmək üçün hər hərəkətinə fikir verməli, hər sözünü düşünüb deməlisən.

Yazılar

Dilim-dilim olan Ana Dilim!

Azərbaycan Türkcəsində danışmağa üstünlük verən soydaşlarım: siz bu məmləkətin əsl sakinləri və sahiblərisiniz. Heç bir zaman bu gözəl dildə danışmaqdan əl çəkməyin və yorulmayın. Bilin ki, bu dilin mövcudluğu bizi başqa millətlərə qarışmamağımız üçün ən vacib amildi. Azərbaycanı sevən, özünü əsl Türk hesab edən və övladlarını gələcəkdə qürurlu bir xalqın nümayəndələri kimi görmək istəyən ilk növbədə dilini qorumalıdır.