Şəkillər

NETTY 2015 nominatı

NETTY 2015-in şəxsi saytlar nominasiyasında nominant oldum. Cəmi 3 ay əvvəl qurulmuş və hələ olduqca az informasiyaya malik bir saytın 4 nominantdan biri olmağı mənim üçün böyük müvəffəqiyyət sayıla bilər. Əvvəldə bir az tərəddüd etsəm də artıq zaman keçdikcə doğru və faydalı bir iş gördüyümə inanmağa başlayıram. Sizin dəstəyiniz mənə ürək-dirək verir. Mənə öz dəstəyi ilə yardım edən hər kəsə böyük təşəkkür edirəm!

Yazılar

AĞ CANAVAR, QARA CANAVAR…

İnsanın içində iki canavar var. Biri ağ canavarbır, digəri isə qara canavar. Ağ canavar yaxşılıqlar etmək, insanları sevmək, səbirli və səbatlı olmağı istədiyi halda, qara canavar kin bəsləmək, təkəbbürlü olmaq, nifaq salmaq kimi pisliklər istəyir. Bu canavarlar durmadan bir-biriləri ilə mübarizə aparırlar. Qalibi isə sən təyin edirsən. Hansını çox bəsləsən o da qalib gələcək.

Kitabxana

Müasir Azərbaycan Dili. MORFOLOGİYA

Azərbaycan dili və qrammatikası barədə növbəti kitabı sizə təqdim edirəm. Böyük dilçi Qəzənfər Kazımovun “Müasir Azərbaycan Dili. Morfologiya” adlı kitabı ümid edirəm ki, Azərbaycan dilini sevənlər üçün çox dəyərli bir kitab olacaqdır.

Yazılar

“nə xoş təsadüf…”

Ağlınızı ən pozitiv fikirlərlə, həyatınızı ən gözəl hadisələrlə, ətrafınızı ən maraqlı və sadiq insanlarla zəngin edin. Sizi xöşbəxt etməyən nə olursa olsun ondan imtina etməkdə qərarsız olmayın. Sizi xöşbəxt edə biləcək nə varsa ona nail olmağa can atın və nail olun. Bax o zaman qarşınıza çıxan gözlənilməz hadisələr sizin üçün təsadüf deyil, sizin özünüzün hazırladığınız gözəl fikirlərin məntiqi sonluğu olacaqdır. Onda deyəcəksiniz: “nə xoş təsadüf…”