Qüds şəhəri və Məscidul-Aqsa

Bir çox ölkələrdə və şəhərlərdə olmuşam. Çox gözəl, müasir binalar, qədim tarixi abidələr, təbiət mənzərələri, müxtəlif insanlar görmüşəm. Amma ən yaddaqalan və həvəslə getdiyim şəhər Qədim Qüds şəhəri olub. Səbəbi müxtəlifdir. Yer üzündə müsəlmanların üç müqəddəs məscidindən biri olması bu səbəblərin başında gəlir. Qüds səmavi dinlərin və fərqli mədəniyyətlərin izlərini özündə daşıyan əfsanəvi bir şəhərdir. Buranın hər daşında neçə min illik tarix yatır. Qüdsün tarixi haqqında müxtəlif mənbələrdən məlumat əldə edib oxuya bilərsiniz. Mən sizi tarixin ürəksıxıcı faktları ilə yormaq fikrində deyiləm. Üç il bundan əvvəl xoş bir təsadüf nəticəsində bu müqəddəs şəhəri ziyarət etmək mənə nəsib oldu. Təəssüratlar o qədər qarışıq və həyacanlı olmuşdu ki, bu günə kini məni tərk etməyiblər.

Qüdsü mən necə gördüm və necə xatırlayıram?

1. Arxamda görünən hündür divarların içindəki ərazi qədim Qüds şəhəridir. Onun ətrafında isə yəhudilərin Yerusəlim adlandırdıqları və hal-hazırda İsrail dövlətinin paytaxtı olan amma müsəlmanlar üçün hələ də Qüds olan müasir şəhər var. Yerusəlim sözünün mənası da “əmin-aman yer”, “salamat yer” deməkdir. Hətta azərbaycan dilində də eyni mənanı verir yer və səlim sözləri.
Əsl Məscidul-Aqsa sol tərəfdəki uzun tikili və ən sonunda boz rəngdə kümbəzi olan məsciddir. Onun qarşısında qızılı kümbəzi olan mavi ornamentli səkkiz guşəli tikili isə Qubbətus-Sahra adlanır. Çoxları səhfən o binanı Məscidul-Aqsa kimi tanıyırlar. Halbu ki, Qubbətus-Sahra xəlifə Ömər bin Xattabın dövründə tikilib.

Quds01

 

2. İbrahim peyğəmbər oğlu İsmaillə Kəbəni inşa etdikdən 40 il sonra digər oğlu İshaqla Məscidul-Aqsanı tikmişdir. Yer üzündə hal-hazırda mövcud olan üç müqəddəs məsciddən ikisini İbrahim peyğəmbər, üçüncüsünü isə Muhəmməd peyğəmbər tikmişdir.

SONY DSC

 

3. Məscidin içi Kəbə və Mədinə məscidləri qədər möhtəşəm olmasa da, ən az onlar qədər hüzünlü və sakindir. İçəri girər-girməz adamda qəribə hisslər oyanır. Allahın evi, Allahın dostunun tikdiyi məscid, minillikler görmüş hər küncündən tarix tökülən divarlar adamda iman hissini, heyranlıq hissini, ümidi, sevgini, qorxunu, sevinci, kədəri eyni anda canlandırır.

SONY DSC

 

4. Bu məsciddə bir zamanlar kimlərin namaz qıldığını, insanlara xitab etdiyini düşünmək adamı bam-başqa yerlərə götürüb aparır.

SONY DSC

 

5. Məscidin sol divarında qəribə bir mehrab var. Adətən mehrab qiblə tərəfdə olur və burda da qiblə tərəfdə mehrab və Səlahəddin Əyyubinin düzəltdirdiyi minbər var. Lakin soldakı bu mehrab deyilənə görə Məryəmin daima oturub ibadət etdiyi yerdir.
Qurani-Kərimin Ali İmran surəsinin 37-ci ayəsində deyilir:”Zəkəriyya hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında ruzi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” (Məryəm) dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”.
Deyilənə görə bu ayədəki yer buradır. Doğrusunu Allah bilir.

20120402_103856

 

6. Məscidul-Aqsanın giriş qapısından 150-200 metr məsafədə Qubbətus-Sahra deyilən tikili var. Bura əslində məscid sayılmır. Bura namaz qılmaq üçün tikilməmişdir.

SONY DSC

 

7. Qubbətus-Sahranın içində böyük, hətta nəhəng bir daş parçası var. Rəvayətə görə Muhəmməd peyğəmbər Meraca gedərkən bu daşın üzərində dayanmış və iki rəkət namaz qılmışdır.

SONY DSC

 

8. Bizə o daşın havada durduğunu söylədilər. Təbii ki, bunu gözümlə görməsəm rahat ola bilməzdim. Daşın altına girib diqqətlə hər tərəfinə baxdım. İnanmayacaqsınız amma daş havada filan deyil, daşların üzərində dururdu. Təəssüf!

SONY DSC

 

9. Daşın üstündə böyük bir qübbə var. Biz orda olarkən təmir, ya da restovrasiya işləri gedirdi. Tam olaraq qübbənin içində nələr olduğunu görmək mümkün olmadı.

SONY DSC

 

10. Qübbənin ətrafındakı bəzək naxışlarını bir Özbək ustanın işlədiyini söyləyirlər. Üslubundan da çox inandırıcı görünür.

SONY DSC

 

11. Azan verən müəzzinin görüntüsü və azanın səsi adamı bir anlıq durmağa və dünyanı bir kənara qoyub qəlbindəki imana qulaq verməyə məcbur edir.

SONY DSC

 

12. Bayram namazlarında ibadət edənlər çox olduğu üçün məscidin həyətində daşdan minbər tikilib.

SONY DSC

 

13. Bu şəkli qoyub-qoymamağı çox fikirləşdim sonunda yenə də qoymağa qərar verdim. Çünki bəzi həqiqətlər üzücü də olsa deyilməlidir ki, bəlkə nəticə çıxaran olar. Şəkildə gördüyünüz adam çətin ki, bu yazını oxusun və lazımı nəticəni çıxartsın. Amma hər bir özünə müsəlman deyən kəs bilməlidir ki, etdiyi hər hərəkət onun dininə olan sevgisinin, dinini nə qədər uca tutduğunun təzahürüdür. Mənim qarşımdakı eynəkli yaşlı adam yəhudi millətinə mənsubdur. Onun solundakı isə müsəlmandır. Həmən o müsəlman bizi Məscidul-Aqsanın içinə buraxdığı üçün bizdən 200 dollar pul aldı. Mən əvvəl vermək istəmədim və bizi gəzdirən o yəhudidən bunun nə dərəcədə düzgün olduğunu soruşdum. Cavab belə oldu ki, o istəsə sizi buraxmaya bilərdi. (Onu da deyim ki, başqa dinin mənsubları məscidin həyətinə qədər gələ bilirlər. Ordan o tərəfə ancaq müsəlmanlar gedir). Əgər burdan başqa hər hansı yerdə oxşar münasibət görsəydim bunu normal qəbul edərdim. Amma həm yəhudilərin, həm də xristianların ən müqəddəs məbədlərinə girdim və istədiyim qədər şəkil çəkdim məndən pul istəyən olmadı. “Allah biz müsəlmanlara hidayət versin!” deməkdən başqa söz tapa bilmirəm.

SONY DSC

 

14. Məscidul-Aqsa ilə vidalaşıb yan tərəfdəki məhəllərərə doğru yönəldik.

SONY DSC

 

15. Qüdsdə dörd böyük məhəllə var. Müsəlmanların məhəlləsi, xristianların məhəlləsi, yəhudilərin məhəlləsi, bir də erməni məhəlləsi. ermənilər burda da hər yerdə olduğu kimi layiq olduqlarından artıq hörmətə sahibdirlər.

SONY DSC

 

16. Küçələr dükanlarla, səyyar ticarət edənlərlə, müxtəlif dindən olan zəvvarlarla ağzına kimi doludu. Müasirliyin nişanələrini görməzdən gəlsən özünü orta əsrlərdə hiss edərsən. Düzdü mən orta əsrlərdə olmamışam, amma tarix kitablarından və filmlərdə gördüyüm səhnələrdən belə düşünürəm.

SONY DSC

 

17. Burda hər kəs hər şey satır. Üzərində müxtəlif formada xaç şəkilləri olan suvenirlərdən tutmuş, təsbeh, səccədə, yəhudi təkkəsi eyni vitrində bir birinə elə qarışıb ki, öz dinini o qədər də mükəmməl bilməyən bir xristian burdan yəhudilərə xas suvenir alıb apara bilər. Eynilə savadsız bir müsəlman da həmçinin başqa dinin suvenirlərini əldə edər.

SONY DSC

 

18. Musiqi alətləri, qəlyanlar, nərd taxtası, şahmat, təsbehlər, çini qablar, şarflar, qılınclar, şamlar və daha nələr var bu dükanlarda.

SONY DSC

 

19. Bir də ermənilərə məxsus çoxlu sayda çini qablar dükanları. Bu çür əl işləri Qüdsdə ən çox ermənilərin məhəlləsində satılır.

SONY DSC

 

20. Küçələrdə tez-tez rast gəlinən Osmanlıdan qalma su bulaqları var. Burda onlara “sebil” deyirlər. Sebil sözünün mənası ərəbcədən tərcümədə yol deməkdir. Allah yolunda görülən işlərə qısaca olaraq sebil deyirlər. Türk dilində bu söz indi də var və bulaq mənasında işlənir.

SONY DSC

 

21. Daha bir Osmanlı bulağı. Bu bulaqlardan su gələnini isə xatırlamıram. Görünür Osmanlının suyunu da qurudublar bu diyarda.

SONY DSC

 

22. Qüdsdə mənim diqqətimi çəkən bir ənənə var. Burda hər binanın, hətta torpaq sahəsinin bir sahibi var və onun əlindən bu hüquqları kimsə ala bilməz. Burda Almanlara, İtalyanlara, hətta Ruslara məxsus yerlər var. Çar Rusiyasının vaxtında pul qarşılığında əldə olunmuş yerlər indi də Rusiyaya məxsusdur. Məscidlərin böyük əksəriyyəti İordaniya Haşimilər Krallığına məxsusdur.

SONY DSC

 

23. Qızılı kümbəzləri olan kilsə və onun ətrafındakı sahələr Rusiyaya aid ərazilərdir. Çarın vaxtında hansısa knyaz öz pulu ilə buranı satın alıb. Putin Qüdsə gələndə ilk sualı “mənim torpaqlar hardadı?” olmuşdu.

SONY DSC

 

24. Elə küçənin tinindəcə valyuta dəyişmə məntəqəsi oturub. Bəli-bəli oturub, özü də necə lazımdı oturub.

SONY DSC

 

25. Qüds şəhərinin göz bəbəyi təbii ki, Məscidul-Aqsadır amma burda xristianlara aid abidələrin və kilsələrin sayı müsəlmanlarınkından çoxdur. Yəhudilərə aid isə cəmi iki ibadət yeri gördüm. Biri ağlama divarı, digəri isə müasir tikili olan sinaqoq. Bu şəhərdə yəhudilərin demək olar ki tarixi bir izi yoxdur.

SONY DSC

 

26. Arxada gördüyünüz giriş qapısı xristian dininin en müqəddəs məbədinin girişidi. Xristianların inancına görə İsa peyğəmbər burda çarmıxa çəkilib və sonra burdakı mağaraya qoyulub, sonra da ordan qeyb olub.

SONY DSC

27. Qüdsdə sanki zaman dayanır və tarıx yalnız bu şəhərin hüdudlarından kənarda cərəyan edir. İnsanlar bu şəhərə kənardan baxıb onun tarixini yazırlar. Şəhərin içində isə belə bir anlayış yoxdur. Kilsənin girişindəki qapının üstündə pencərənin önündəki bu taxta pilləkan nə az, nə çox düz 150 ildir ki burda dayanıb. 150 il əvvəl kimsə xırda təmir üçün ora çıxıb və pilləkanı orda qoyub düşüb.
Adamın lap o pilləkanı ordan götürüb, divarı da yaxşıca ağartmağı gəlir. (Azərbaycansayağı)

SONY DSC

 

28. Kilsənin içərisi qədim mozaikalar, şəkillər, bahalı əntiq əşyalarla doludur.

SONY DSC

29. Aşağıda gördüyünüz mərmər daş yuxarıdakı mozaikada əks olunan yerdi. Rəvayətə görə İsa peyğəmbəri öldüksən sonra bu daşın üstündə yaralarını yuyub sonra mağaraya qoymuşlar. İnsanlar bu daşa əllərini sürtür, onu öpürlər. Hətta xəstələri və ya övladları üçün paltarlar alıb bu daşa sürtürlər. Eynilə bizdəki bəzi pirlər kimi. Görəsən bizimkilər xristianlardan götürüb bu əməlləri, yoxsa xristianlar bizdən? Hər halda onlar bizdən əvvəl başlayıblar.

SONY DSC

 

30. Bu gördüyünüz dördbucaqlı tikili isə bu məbədin ən mühim yeridi. Məhz burda xristian inancına görə İsa peyğəmbəri daşın arxasına qoymuşlar. O isə ordan qeyb olmuşdur. Buranın atmosferi olduqca sıxıcı və narahatdır. Bəlkə də mənə elə gəlirdi, amma tez ordan çıxıb təmiz hava almaq istəyirdim. İçəridə müxtəlif yağlardan şamlar daima yanır, havada sanki kabuslar dolaşırdı. Heç mübaliğə etmirəm ordan çıxana qədər hədsiz sıxıntı keçirtdim.

SONY DSC

 

31. Hər tərəfdə yaşı bilinməyən antiq əşyalar var. Kimisini hansısa Avropa ölkəsinin kralı bura hədiyyə edib, kimisini xaçlılar qoyub gedib.

SONY DSC

 

32. Şamdanların, divardakı rəsimlərin hərəsi bir dövrün, hərəsi bir tarixin nümunəsidir.

SONY DSC

 

33. Tavandan asılan çilçıraq əgər doğru xatırlayıramsa Rus çarlarından birinin hədiyyəsidir.

SONY DSC

 

34. Yenə xristianların inancına görə İsa peyğəmbərin çiyninə xaçı qoyub, onu çarmıxa çəkiləcəyi yerə apararkən, İsa peyğəmbər 12 yerdə dayanmışdır. Xristian zəvvarlar buranı ziyarət etməyə gələndə bu yolu başından sonuna qədər gedirlər və İsa peyğəmbərin dayandığı yerlərdə dayanıb dualar edirlər. O yerlərin hamısında ardıcıllıqla nömrələr asılıb və bəzilərində dayanmağının səbəbi yazılıb.

SONY DSC

 

35. Dayanacaq yerlərindən birində divardakı bir daşa əlini qoyub söykəndiyi deyilir. Zəvvarlar da əllərini o daşa toxundurmağa çalışırlar.

SONY DSC

 

36. Bir başqa yerdə bir daşın üstündə oturmuş, bir küçədə isə şəhər sakinlərindən biri ona su vermiş və s.

SONY DSC

 

37. Beləliklə son dayanacağa gəlib çıxmışdır.

SONY DSC

 

38. Xristianların ən müqəddəs məbədlərinin həmən qarşısında Ömər Məscidi var. Deyilənə görə xəlifə Ömər Bin Xattab Qüdsə girəndə, ona bu məbəddə namaz qılmaq təklif ediblər. Ömər isə onun qarşısında bir yerdə namaz qılmışdır ki, sonra da o yerdə məscid tikmişlər.

SONY DSC

 

39. Ömər Məscidi çox qəribədi. Oranı son zamanlar aşkar ediblər. Məscid yerdən aşağıda yerləşir. Pəncərəsi də demək olar ki yoxdu.

SONY DSC

 

40. Ən qəribəsi isə məscidin tavanıdır. Tavandakı daşların görünən hissəsi onların uc hissəsidir. Bu daşların 1 metrdən çox uzunluqları var və onlar bir birinin üstündə qeyri-adi nizamla düzülüblər. Arxitektorlar bu tavanın necə inşa edildiyini hələ də tam olaraq anlamaqda çətinlik çəkirlər.

SONY DSC

 

41. Burda da ürəyimi və əminəm ki, sizin də ürəyinizi ağrıdan mənzərənin şahidi oldum. Məscidin içində döşəmənin bir küncündən su çıxır. Məscidə nəzarət edən adamın dediyinə görə suyun mənbəyini neçə ildir tapa bilmirlər. Məscidin divarını da söküb, məscidə zərər vermək olmaz deyə bu gözəl yerin bir tərəfi gördüyünüz vəziyyətdədir.

SONY DSC

 

42. Qüds şəhərinin tarixində çox adamlar iz qoymaq istəmişlər. Onların içində ən möhtəşəm şəxsiyyət isə şəksiz Səlahəddin Əyyubi olmuşdur.

SONY DSC

 

43. Bura Səlahəddin Əyyubi məscidi və Vəqfidir. Səlahəddin Qüdsü fəth edərkən burda yaşamışdır. Hazırda Vəqfin ərazisində bir necə ailə yaşayır. Yanımdakı uşaq bizə həvəslə Səlahəddindən elə danışırdı ki, elə bil sərkərdəni gözü ilə görmüşdü, onun qəhramanlıqlarının şahidi olmuşdu.

SONY DSC

 

44. Bizi gəzdirən yəhudi bələdcinin hər dəfə Səlahəddin Əyyubinin adını çəkəndə səsinin titrəməsini hiss etməmək mümkün deyildi. Onun haqqında danışanda qəzəb və qorxu açıq hiss olunurdu.

SONY DSC

 

45. Yavaş-yavaş yəhudilərin məhəlləsinə yaxınlarırıq. Bayaq da dediyim kimi mən Qüdsdə yəhudilərə məxsus müqəddəs bir yer demək olar ki, görmədim. Ən azından müsəlmanların Məscidul-Aqsası, xristianların İsanın Məbədi var. Yəhudilər isə özlərinə ibadət etmək üçün bir divar seçiblər hər gün gəlib orda dua edirlər. O divarın da Musa peyğəmbərlə heç bir əlaqəsi yoxdu.

SONY DSC

 

46. Bu da həmən o məşhur divar. Ağlama Divarı. Yəhudilər inanırlar ki, SONY DSC
Süleyman Peyğəmbərin sarayından yalnız bu divarlar qalıb. İndiki yəhudilərin ata-babaları hər gün bu divarın yanına gəlib keçmişlərini yad edər, orda ağlayıb göz yaşlarını tökər, sonra evlərinə gedərdilər. O vaxtan da buranın adı Ağlama Divarı qalıb. Divarın bundan başqa heç bir özəlliyi yoxdur. Amma elə bu da minlərlə insana o divarın önündə ibadət etmələri üçün kifayət edir. Hətta insanlar istəklərini kağız parçalarına yazıb daşların arasına qoyurlar və divarın onlara istədiklərini verəcəyinə inanırlar.

 

SONY DSC

 

47. Divara sadəcə bura qədər yaxınlaşdım. Burdan o tərəfə keçmək üçün gərək başına yəhudilərin təkkəsindən qoyasan.

SONY DSC

 

48. Sonra öyrəndim ki, bu təkkələrin hər birinin öz sahibi varmış. Başındakı təkkədən insanın kim olduğunu müəyyən etmək olurmuş. Varlı ya kasıb olduğunu, evli ya subay olduğunu, hansı peşə sahibi olduğunu, hansı qəbilədən olduğunu başındakı təkkədən anlamaq mümkünmüş.

SONY DSC

 

49. Yəhudi kvartalına keçərkən bir binanın içindən keçdik. 1393921664_sonuncu-sham-yemeyiBura kiçik bir yerdi amma maraqlı tarixi var. Yəqin Leonarda Da-Vinçinin “Sonuncu şam yeməyi” adlı əsərini görmüsünüz. Deyilənə görə İsa Peyğəmbərin həvariləri ilə sonuncu şam yeməyi bu otaqda, gördüyünüz o guşədə olmuşdur. Təbii ki, 2000 il ərzində bura çox dəyişilib.

SONY DSC

 

50. Sonradan müsəlmanlar burda mehrab inşa etmiş və orda namaz da qılmışlar.

SONY DSC

 

51. Davud Peyğəmbərin qəbrinin olduğu iddia edilən yerə daxil oluruq. İçəridə şəkil çəkməyə icazə vermirlər. Əslində qeyri-adi bir şey də yoxdu içəridə. Kiçik bir otaqda üzəri örtülmüş qəbir var. Divarlar elə gördüyünüz kimi sadə və köhnə.
Bizdəki pirlərin içi ordan zəngindi. (amma bu tərif deyil)

SONY DSC

 

52. İçəridə bir rahib Tövrat oxuyurdu. Mən də rus dilində Tövrat almaq istədim, bütün Qüdsdə rus dilində Tövrat tapa bilmədim.

SONY DSC

 

53. Bu da Qüds şəhərindəki demək olar ki, yeganə sinaqoq. Onu da Qüds İsrailin paytaxtı olandan sonra tikiblər.

SONY DSC

 

54. Və sinaqoqu qoruyan İsrailli əskər. Yəhudilərin qadınlara münasibəti məndə çox qarışıq fikirlər yaradır. Bu barədə bir az dərindən araşdırma aparmağa dəyər məncə.

SONY DSC

 

55. Yəhudilərə məxsus evlərin və ibadətgahların girişlərində divara bərkidilmiş bir şey diqqətimi çəkdi. Üzərində yazılar olan bu əşyaya girən, çıxan əlini sürtüb nəsə deyirdi. Bir neçə dəfə onun nə olduğunu soruşdum. Qədim yəhudi adətidir deyib məni yola verdilər. Mən heç bununla qane olan adama oxşayırammı? Axtardım və tapdım.
Divardakı çəp dayanan o əşyanın adı “mezuzadır”. İvrit dilindən hərfi tərcüməsi “qapı kəndarı” anlamına gəlir. mesusa1Çox müxtəlif formaları var. Ən yuxarıdakı simvolda yəhudilərdə Allahın adlarından biri olan “Şadday” yazılıb. Şadday sözünün anlamı isə “İsrailin qapılarını qoruyan” deməkdir. Onun altında isə adətən Yerusəlim sözü yazılır. Amma əsil mahiyyət yalnız bundan ibarət deyil. Mezuzanın içində yəhudi qaydaları ilə kəsilmiş heyvanın dərisindən hazırlanmış bir perqament var. “Duxsustus” adlanan o perqamentin üzərinə “Şma” ibadətinin mətnindən bir hissə yazılır. Sonra o perqament xüsusi futlyara qoyulur və qapının kəndarına bərkidilir. Mətndə Allahın təkliyinə, Ona olan sevgiyə və itaətə dair sözlər var. Perqamentdə yazılan duanın tam mətni aşağıdakıdır. Azərbaycan dilində bu mətni tapa bilmədim, tərcümə etməyə də cəsarət etmədim. Ona görə də rus dilində qoyuram.
“Слушай, Израиль: Господь, Бог наш, Господь един есть; и люби Господа, Бога твоего, всем сердцем твоим, и всею душею твоею и всеми силами твоими. И да будут слова сии, которые Я заповедую тебе сегодня, в сердце твоем. и внушай их детям твоим и говори о них, сидя в доме твоем и идя дорогою, и ложась и вставая; и навяжи их в знак на руку твою, и да будут они повязкою над глазами твоими, и напиши их на косяках дома твоего и на воротах твоих.
     Если вы будете слушать заповеди Мои, которые заповедую вам сегодня, любить Господа, Бога вашего, и служить Ему от всего сердца вашего и от всей души вашей, то дам земле вашей дождь в свое время, ранний и поздний; и ты соберешь хлеб твой и вино твое и елей твой; и дам траву на поле твоем для скота твоего, и будешь есть и насыщаться. Берегитесь, чтобы не обольстилось сердце ваше, и вы не уклонились и не стали служить иным богам и не поклонились им; и тогда воспламенится гнев Господа на вас, и заключит Он небо, и не будет дождя, и земля не принесет произведений своих, и вы скоро погибнете с доброй земли, которую Господь дает вам. Итак положите сии слова Мои в сердце ваше и в душу вашу, и навяжите их в знак на руку свою, и да будут они повязкою над глазами вашими; и учите им сыновей своих, говоря о них, когда ты сидишь в доме твоем, и когда идешь дорогою, и когда ложишься, и когда встаешь; и напиши их на косяках дома твоего и на воротах твоих, дабы столько же много было дней ваших и дней детей ваших на той земле, которую Господь клялся дать отцам вашим, сколько дней небо будет над землею.”

SONY DSC

 

56. Dünyanın ən məşhur və ən baha qəbiristanlığı. Yəhudilərin inancına görə Qiyamət qopduğunda Qüdsə ən yaxın olanlar Cənnətə ən birinci girəcəklər. Ona görə də bütün yəhudilər bu qəbiristanlıqda dəfn olunmaq arzusundadırlar. Təbii ki, təlabat çox olduğu üçün qiymətlər də fantastik dərəcədə yüksəkdir.
Qəbirlərin üstündəki xırda daşlar diqqətimi çəkdi. Yəqin sizə də maraqlı gəldi. Bu da qədim yəhudi adətidir. Ən məşhur mənası qəbirdə yatanın yaxınlarının bu qəbri ziyarət etdiklərinin əlamətidir. Nə qədər çox daş olarsa, o qədər çox adamın onun qəbrini ziyarət etdiyinə işarədir. Bunu ancaq yəhudilər düşünə bilərdi. Pulsuz, hər yerdə tapılan, xarab və zay olmayan, kimsənin ehtiyacı olub o daşları orda götürməyəcəyi bir şey. Nə qədər ağıllı?!!

SONY DSC

 

57. Qüdsdə belə yerlər də var.

SONY DSC

 

Sonda isə dəyərli vaxtınızı ayırıb bu yazını oxuduğunuz üçün sizə təşəkkür edirəm. Bir də mənimlə birgə Qüds şəhərini gəzmiş və şəkilləri çəkməkdə əməyi olan dostum Murtuza minnətdarlığımı bilmdirirəm.

Rx

10.03.2015

Bir cavab yazın