Category Archives: Yazılar

Yazılar

Dilim-dilim olan Ana Dilim!

Azərbaycan Türkcəsində danışmağa üstünlük verən soydaşlarım: siz bu məmləkətin əsl sakinləri və sahiblərisiniz. Heç bir zaman bu gözəl dildə danışmaqdan əl çəkməyin və yorulmayın. Bilin ki, bu dilin mövcudluğu bizi başqa millətlərə qarışmamağımız üçün ən vacib amildi. Azərbaycanı sevən, özünü əsl Türk hesab edən və övladlarını gələcəkdə qürurlu bir xalqın nümayəndələri kimi görmək istəyən ilk növbədə dilini qorumalıdır.

Yazılar

AĞ CANAVAR, QARA CANAVAR…

İnsanın içində iki canavar var. Biri ağ canavarbır, digəri isə qara canavar. Ağ canavar yaxşılıqlar etmək, insanları sevmək, səbirli və səbatlı olmağı istədiyi halda, qara canavar kin bəsləmək, təkəbbürlü olmaq, nifaq salmaq kimi pisliklər istəyir. Bu canavarlar durmadan bir-biriləri ilə mübarizə aparırlar. Qalibi isə sən təyin edirsən. Hansını çox bəsləsən o da qalib gələcək.

Yazılar

“nə xoş təsadüf…”

Ağlınızı ən pozitiv fikirlərlə, həyatınızı ən gözəl hadisələrlə, ətrafınızı ən maraqlı və sadiq insanlarla zəngin edin. Sizi xöşbəxt etməyən nə olursa olsun ondan imtina etməkdə qərarsız olmayın. Sizi xöşbəxt edə biləcək nə varsa ona nail olmağa can atın və nail olun. Bax o zaman qarşınıza çıxan gözlənilməz hadisələr sizin üçün təsadüf deyil, sizin özünüzün hazırladığınız gözəl fikirlərin məntiqi sonluğu olacaqdır. Onda deyəcəksiniz: “nə xoş təsadüf…”

Yazılar

XOCALI

Burda çox söz yazıb, çox şey demək olardı amma istədim ki, hər kəs özü burda nə görmək istəyirsə onu görsün. Bir tək XOCALI sözü bizə hər şeyi deyir və xatırladır.